Dövlət Departamenti: Rusiya-Ukrayna danışıqlarının uzanmayacağını gözləyirik
ABŞ administrasiyası Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar prosesinin aylarla və ya illərlə uzanmayacağını gözləyir.
"Report"un məlumatına görə, bunu Dövlət Departamentinin Mətbuat xidmətinin rəhbəri Temmi Brüs keçirdiyi brifinqdə deyib.
"Bunun aylarla davam etməsinə və ya görüş xatirinə görüşü keçirilməsinə imkan verməmək öhdəliyi var. Bu, bir il belə davam etməyəcək", - o, ABŞ Prezidenti Donald Tramp və dövlət katibi Mark Rubionun nəticələrə və zaman çərçivəsinə ehtiyacı olduğunu qeyd edərək deyib.
Temmi Brüs əlavə edib ki, ABŞ Rusiya və Ukrayna arasında danışıqlar üçün İstanbula öz nümayəndə heyətini göndərməyib. "Prezident və dövlət katibinin dediyi kimi, bu, indi münaqişə tərəfləri arasında olmalıdır. Biz insanların dediklərinə deyil, etdiklərinə baxırıq", - Bryüs vurğulayıb.
O qeyd edib ki, ABŞ Rusiya və Ukrayna arasında birbaşa danışıqları dəstəkləməkdə davam edir. “Biz dəfələrlə demişik ki, bu münaqişənin hərbi yolla həlli yoxdur və Prezident ədalətli, davamlı və uzunmüddətli sülhə gətirib çıxaracaq istənilən mexanizmi dəstəkləyir”, - diplomat fikirlərini yekunlaşdırıb.
Xatırladaq ki, iyunun 2-də Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ikinci raundu baş tutub. Görüş bir saatdan çox davam edib. Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu da İstanbulda gözlənilir.
Oxşar xəbərlər
ABŞ Dövlət Departamenti Şimali Koreya hərbçilərinin Ukrayna münaqişəsində iştirakına münasibət bildirib
ABŞ Dövlət Departamenti: Rusiya-Ukrayna görüşü sülhə nail olmaq üçün “kritik fürsətdir”
ABŞ Dövlət Departamenti: ABŞ Rusiya və Ukrayna arasında vasitəçilik etməyə davam edir
ABŞ Dövlət Departamenti Rubionun Ukrayna üzrə danışıqlarda iştirakını təsdiqləyib
Rubionun Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqlarda iştirakı təkzib olunub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
