ABŞ Dövlət Departamenti: ABŞ Rusiya və Ukrayna arasında vasitəçilik etməyə davam edir
Birləşmiş Ştatlar hələlik Rusiya və Ukrayna arasında vasitəçi funksiyalarından vaz keçmir, lakin münaqişənin həllində irəliləyiş olmasa, vəziyyət dəyişəcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Brüs bildirib.
“Hazırda bizim mövqeyimiz eyni olaraq qalır. Lakin irəliləyiş olmasa, bu dəyişəcək. Və bu dəyişiklik vasitəçi kimi fəaliyyətimizə aid olacaq. Buna baxmayaraq, biz hələ belə bir nöqtədə deyilik”, – ABŞ xarici siyasət idarəsinin nümayəndəsi “Fox News” telekanalının canlı yayımında Ukrayna ətrafındakı vəziyyəti şərh edərkən söyləyib.
O əlavə edib ki, bu, Amerika tərəfinin “atəşkəsə nail olmaq və ya <...> bütövlükdə münaqişəyə son qoymaq istəyindən” imtina etməsi demək deyil.
Oxşar xəbərlər
Rubio: ABŞ, irəliləyiş olmasa, Ukrayna ilə bağlı danışıqlardan çıxacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vaşinqton Moskva-Kiyev danışıqlarında vasitəçi olmaqdan imtina edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Dövlət Departamenti Şimali Koreya hərbçilərinin Ukrayna münaqişəsində iştirakına münasibət bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ artıq Rusiya və Ukrayna arasında vasitəçi olmayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tokayev Ukraynadakı vəziyyətlə bağlı: Sülhə nail olmaq üçün imkan hələ də mövcuddur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













