İsrailin aviazərbələri nəticəsində Qəzzada bir gündə 32 nəfər ölüb
İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində son 24 saat ərzində 30-dan çox fələstinli həlak olub.
“Report” xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
“Son 24 saat ərzində Qəzza zolağında 37 ölü, o cümlədən daha əvvəl öldürülən 5 nəfərin cəsədi çatdırılıb. Bundan başqa 136 yaralı xəstəxanalara çatdırılıb. Bununla belə, dağıntılar altında və küçələrdə hələ də çoxlu qurbanlar var ki, onlara təcili yardım və mülki müdafiə xidmətləri çata bilmir”, - məlumatda deyilir.
Səhiyyə Nazirliyinin son məlumatına görə, cari ilin martın 18-dən bəri İsrail Müdafiə Qüvvələrinin hərəkətləri 4149-dan çox insanın ölümünə, 12,5 minə yaxınının isə yaralanmasına səbəb olub.
Fələstin-İsrail qarşıdurması başlayandan bu yana ölən fələstinlilərin ümumi sayı 54 418 nəfəri keçib, 124 190 şəxs yaralanıb.
Oxşar xəbərlər
Qəzzada ölənlərin sayı 52,3 mini ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Qəzzaya endirdiyi aviazərbələr nəticəsində 39 fələstinli ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzzada ölənlərin sayı 53 minə çatır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 50-dən çox insan ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzzada 2023-cü ilin oktyabrından bu yana 43,8 min nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











