AP: Mask Tramp administrasiyasından gedir
Amerikalı sahibkar İlon Mask ABŞ Prezidenti Donald Trampın administrasiyasını tərk edir, burada o, Amerika hökumətinin işinin səmərəliliyinin artırılması üzrə qurumun (DOGE) işinə rəhbərlik edirdi.
“Report” xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi Ağ evin nümayəndəsinə istinadən bildirib.
Agentlik diqqəti ona yönəldir ki, müvafiq qərar Maskın CBS telekanalına müsahibəsində administrasiya tərəfindən təklif edilmiş və ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən dəstəklənmiş dövlət xərclərinin azaldılması haqqında qanun layihəsini tənqid etməsindən bir gün sonra qəbul edilib.
“Reuters” öz növbəsində administrasiyadakı mənbəyə istinadən bildirib ki, Maskın hazırkı administrasiyadan çıxma prosesi birbaşa çərşənbə axşamı axşam başlanacaq.
Sahibkarın özü çərşənbə günü sosial şəbəkədə paylaşım edərək qeyd edib ki, “hökumətin xüsusi işçisi kimi ona ayrılmış vaxt başa çatır”. Bununla yanaşı, o, DOGE-nin ABŞ hökumətinin işindəki rolunun zamanla yalnız artacağına əmin olduğunu bildirib.
Oxşar xəbərlər
Maskın Ağ Evdəki vəzifəsindən nə vaxt gedəcəyi məlum olub
AP: Mask Tramp administrasiyasını tərk edir
Navarro Mask ilə münasibətlərdə gərginliyin olmasını təkzib edib
Mask: ABŞ büdcəsi Bayden dövründə 500 milyard dollar itirib
İlon Mask Trampın administrasiyasında təmsil olunmaq istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













