Mask: ABŞ büdcəsi Bayden dövründə 500 milyard dollar itirib
ABŞ dövlət büdcəsi sabiq Prezident Cozef Baydenin administrasiyası dövründə korrupsiya və dələduzluq səbəbindən təxminən 500 milyard dollar itirib.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən İlon Mask ABŞ Hesablama Palatasının məlumatlarına əsasən bildirib.
"Bayden dövründə dövlət büdcəsi israfçılıq səbəbindən yarım trilyon dollar itirib. Biz bu göstəricini minimuma endirməyə, vergi ödəyicilərinin pullarının saxlanılması üçün hər şeyi etməyə çalışırıq", - Mask “Fox Business” telekanalına müsahibəsində vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın inauqurasiyasından dərhal sonra DOGE ABŞ büdcə xərclərinin geniş yoxlanılmasına başlayıb. İ.Maskın sözlərinə görə, xidmət Birləşmiş Ştatların dövlət xərclərini 2 trilyon dollar azaltmağı planlaşdırır.
Oxşar xəbərlər
DOGE USADF əməkdaşlarını işdən çıxarmağa çalışarkən müqavimətlə üzləşib
ABŞ-ın büdcə kəsiri rekord həddə çatıb
İlon Mask dünyanın ən varlı 10 adamının siyahısına başçılıq edir
Tramp vergi ödəyicilərinin KİV-ə xərclənən pullarının qaytarılmasını tələb edib
Dünyanın ən beş varlı adamı bir gündə 23,9 milyard dollar itirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












