İsrail nümayəndə heyəti HƏMAS-la danışıqlarda irəliləyişin olmamasına baxmayaraq, Dohada qalır
İsrailin Baş naziri Binyamin Netanyahu HƏMAS ilə girovlar barədə danışıqların dalana dirənməsinə baxmayaraq, İsrail danışıqlar qrupuna Qətərin paytaxtı Dohada daha bir gün qalmağı tapşırıb.
"Sizinxeber.az" “İnterfaksa” istinadən xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.
"Biz ABŞ-ni incitməmək üçün qalırıq. Əgər İsrail Dohanı HƏMAS-dan əvvəl tərk etsə, bu, yaxşı görünməyəcək", - İsrail rəsmisi “Kan” telekanalına bildirib.
Mənbələr qeyd edib ki, İsrail ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun konsepsiyasına əsaslanan təklifə HƏMAS-ın cavabını gözləyir.
Bundan əlavə, ABŞ Prezidentinin girovlarla iş üzrə xüsusi nümayəndəsi Adam Bouler “Jerusalem Post” tərəfindən təşkil edilən illik konfransda çıxış edərək danışıqların cari vəziyyəti barədə şərh verə bilməyəcəyini bildirib.
Onun fikrincə, razılaşmanın əldə edilməsinə mane olan əsas qüvvə HƏMAS-dır".
Oxşar xəbərlər
KİV: İsrail rəsmiləri Dohada Qəzza ilə bağlı razılaşmanın yollarını müzakirə edir
İsraillə “HƏMAS” arasında danışıqlar bərpa olunur
İsrail HƏMAS-ın danışıqlarda iştirakdan imtina etməsinə münasibət bildirib
"The Jerusalem Post": Qəzza ilə bağlı danışıqlar ləng gedir
İsrail şərtlərə əməl etməsə, “HƏMAS” girovları azad etməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











