Avropadan olan koalisiya üzvləri Rusiyadan 30 günlük atəşi dayandırmağı tələb ediblər - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Avropadan olan koalisiya üzvləri Rusiyadan 30 günlük atəşi dayandırmağı tələb ediblər - YENİLƏNİB


Böyük Britaniya, Almaniya, Polşa, Fransa və Ukrayna liderləri Rusiyadan 30 günlük atəşi dayandırmağı tələb ediblər.

"Report"un Şərqi Avropa bürosunun liderlərin Kiyevdə birgə keçirdiyi mətbuat konfransından verdiyi məlumata görə, bu barədə Böyük Britaniya və Polşa baş nazirləri, Almaniya Kansleri, Fransa və Ukrayna prezidentləri birgə açıqlamalarında qeyd ediblər. 

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, qərar bu gün, yəni mayın 10-da Avropadan olan koalisiya üzvləri tərəfindən qəbul edilib. O qeyd edib ki, növbəti addımlar Rusiyanın bu çağırışa reaksiyasından asılı olacaq.

17:06

"Qətiyyətlilərin koalisiyası" liderləri Kiyevdə görüşdən sonra ABŞ Prezidenti Donald Trampa zəng edərək Ukrayna tərəfinin mayın 12-dən etibarən atəşkəsə hazır olduğunu bildiriblər.

"Report" “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa məlumat verib.

O qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski, həmçinin Fransa lideri Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts, Polşa və Böyük Britaniyanın baş nazirləri Donald Tusk və Kir Starmer şənbə günü Kiyevdə "Qətiyyətlilərin koalisiyası"nın görüşündən sonra Trampla telefon danışığı aparıblar.

"Ukrayna və bütün müttəfiqlər artıq mayın 12-dən etibarən azı 30 gün müddətinə quruda, havada və dənizdə tam şərtsiz atəşkəsə hazırdırlar", - A.Sibiqa bildirib.

Oxşar xəbərlər

Ukrayna 30 günlük atəşkəsə hazır olduğunu bəyan edib
Britaniya, Fransa, Almaniya və Ukrayna XİN başçılarının London görüşü təxirə salınıb
Zelenski Londonda Ukrayna ilə bağlı görüşün tarixini açıqlayıb
Ukrayna və Moldova liderləri Kiyevdə Azərbaycan qazına ehtiyacdan danışıblar
Tramp və Almaniya Kansleri Ukrayna ilə Rusiya arasında sülh perspektivini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər