sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Zelenski və dörd Avropa lideri Trampla İstanbul danışıqlarını müzakirə edib
Ukrayna Prezidenti Volodimir Zelenski və bir sıra Avropa liderləri ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıblar.
“Sizinxeber.az” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirib.
Tərəflər İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında aparılan danışıqları müzakirə ediblər.
Zelenski ilə yanaşı, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Polşanın Baş naziri Donald Tusk da Trampla telefon danışığı aparıblar.
"Bəli, İstanbul danışıqları əsas müzakirə mövzusu olub", - S.Nikiforov qeyd edib.
Oxşar xəbərlər
Ukrayna 30 günlük atəşkəsə hazır olduğunu bəyan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Makron, Merts, Starmer və Tusk Kiyevə gediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski və Makron Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropadan olan koalisiya üzvləri Rusiyadan 30 günlük atəşi dayandırmağı tələb ediblər - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp-Zelenski görüşü Ağ Ev rəhbərinin qrafikinə görə davam etməyib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













