“Teleqram”ın həmtəsisçisi: Fransa Rumıniyada seçkilərə təsir göstərməyə cəhd etdi
Teleqram messencerinin həmtəsisçisi Pavel Durov Fransa kəşfiyyatını Rumıniyadakı seçkilərə təsir göstərmək cəhdində ittiham edib.
"Sizinxeber.az" xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, yazda “Hotel de Crillon”da Fransa kəşfiyyatının rəhbəri Nikolas Lerner rumıniyalı mühafizəkarların seçkilər öncəsi susdurulmasını tələb edib, lakin Durov bundan imtina edib.
“Biz Rusiyada, Belarusda və ya İranda etirazçıların qarşısını almamışıq və Avropada bunu etməyə başlamayacağıq”, - o qeyd edib.
Dünən Rumıniyada prezident seçkilərinin ikinci turu keçirilib. Şəhər və Regional Sosiologiya Mərkəzinin (CURS) keçirdiyi “exit-poll”unn nəticələrinə görə, Buxarestin meri olan Avropayönlü müstəqil namizəd Nikuşor Dan 54,17 %, onun rəqibi, “Rumınların Birliyi Uğrunda Milli Alyans”ın lideri George Simion isə 45,83 % səs toplayıb.
Oxşar xəbərlər
“Exit-poll”: Rumıniyada prezident seçkilərinin ikinci turunda Nikuşor Dan qalib gəlib
Nikuşor Dan Rumıniyanın yeni prezidenti seçilib - YENİLƏNİB
Rumıniyada prezident seçkilərinin ikinci turu keçiriləcək
Rumıniyada prezident seçkilərinin ikinci turu üçün səsvermə başlayıb
Pavel Durov məhkəməyə gətirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Moskvada Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli qəbul keçirilib - FOTO
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
"AzerGold" qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb
-
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
