Rumıniyada prezident seçkilərinin ikinci turu üçün səsvermə başlayıb
sizinxeber.az xəbər saytı

Rumıniyada prezident seçkilərinin ikinci turu üçün səsvermə başlayıb


Rumıniyada prezident seçkilərinin ikinci turu üçün bütün məntəqələrdə seçki məntəqələri açılıb, bazar günü ölkə sakinləri növbəti beş il üçün dövlət başçısını seçəcəklər.

"Sizinxeber.az"un məlumatına görə, birinci tur mayın 4-də baş tutub və səslərin əksəriyyətini “Rumınların Birləşməsi Uğrunda Alyans” (AUR) millətçi partiyasının lideri Corc Simion 41 %, Buxarestin meri Nikuzor Dan isə 21 % toplayıb.

Saat 7:00-da (Bakı vaxtı ilə 08:00 - red.) Rumıniyada 19 minə yaxın seçki məntəqəsi işə başlayıb. Xaricdə yaşayan Rumıniya vətəndaşları üç gün ardıcıl səs verirlər. Onlar üçün mayın 16-da seçki məntəqələri açılıb.

Rumıniya qanunlarına görə, prezident seçkilərinin qalibi siyahılara daxil edilmiş seçicilərin yarıdan çoxunun səsini toplayan namizəddir. Seçki məntəqələri saat 21:00-da bağlanacaq.

Oxşar xəbərlər

Rumıniyada prezident seçkilərinin ikinci turu keçiriləcək
İfrat sağçı siyasətçi Rumıniyada prezident seçkilərinin birinci turunda qalib gəlib
Bu gün Moldovada prezident seçkilərinin ikinci turu keçiriləcək
Rumıniyada parlament seçkiləri keçirilir
Polşada prezident seçkilərinin birinci turu keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər