Rumıniyada prezident seçkilərinin ikinci turu keçiriləcək
sizinxeber.az xəbər saytı

Rumıniyada prezident seçkilərinin ikinci turu keçiriləcək


Rumıniyada prezident seçkilərinin ikinci turu keçiriləcək.

"Sizinxeber.az" xəbər verir ki, mayın 4-də keçirilən birinci turun yekunlarına əsasən,

"Rumınların Birləşməsi Uğrunda Alyansın" lideri Corc Simion (40,96 faiz səs toplayıb) və müstəqil namizəd kimi iştirak edən Buxarest şəhərinin meri Nikuzor Dan (20,99 faiz səs) səsvermənin final mərhələsinə keçiblər.

Rumıniyada ümumilikdə 18 milyona yaxın seçici qeydə alınıb. Ölkədə 19 minə yaxın, xaricdə isə 965 seçki məntəqəsi açılacaq. Xaricdə yaşayan rumınlar üç gün ərzində - mayın 16-dan 18-dək səs verəcəklər.

Səsvermənin nəticələrinə əsasən, Rumıniya Prezidenti 5 il müddətinə seçiləcək.

Oxşar xəbərlər

Bu gün Moldovada prezident seçkilərinin ikinci turu keçiriləcək
Marsel Çolaku Rumıniyanın Baş naziri vəzifəsindən istefa verib
Xorvatiyada prezident seçkilərinin ikinci turu keçiriləcək
İfrat sağçı siyasətçi Rumıniyada prezident seçkilərinin birinci turunda qalib gəlib
Rumıniya Konstitusiya Məhkəməsi prezident seçkilərinin birinci turunun nəticələrini təsdiqləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər