“Exit-poll”: Rumıniyada prezident seçkilərinin ikinci turunda Nikuşor Dan qalib gəlib
sizinxeber.az xəbər saytı

“Exit-poll”: Rumıniyada prezident seçkilərinin ikinci turunda Nikuşor Dan qalib gəlib


Mayın 18-də Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda Buxarestin meri, Avropayönlü müstəqil namizəd Nikuşor Dan 54,1 % səs toplayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Şəhər və Regional Sosiologiya Mərkəzinin (CURS) keçirdiyi “exit-poll”un məlumatları göstərir.

Sorğuya əsasən “Rumınların Milli Birliyi Uğrunda” Alyansın lideri George Simion 45,9 % səs qazanıb. "Avanqard" Sosial Davranış Tədqiqat Qrupunun keçirdiyi digər “exit-poll” nəticələrinə görə, Dan 54,9 %, Simion isə 45,1 % səs toplayıb.

Seçici fəallığı 64,39 faizini təşkil edib.

"Bugünkü (dünənki-red) seçkiləri Rumıniyada köklü dəyişikliklər istəyən rumınlar birliyi qazandı", - Dan “exit-poll”un nəticələri məlum olduqdan sonra deyib. “Bu, funksional dövlət institutları, korrupsiyanın azaldılması, rumınlar üçün firavan iqtisadi mühitdir, nifrət deyil, dialoq cəmiyyəti istəyən cəmiyyətdir”, - o əlavə edib.

Oxşar xəbərlər

Rumıniyada prezident seçkilərinin ikinci turu keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Exit-poll”: Putin Rusiyada prezident seçkilərində 87 % səs alacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sosioloji Tədqiqatlar Mərkəzi: "Exit-poll" nəticələri göstərir ki, YAP inamlı qələbə qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda “exit-poll” keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
2500-ə yaxın məntəqədə exit-poll keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər