Finlandiyada iki helikopterin toqquşması nəticəsində beş nəfər ölüb
Finladiyanın qərbində, Eura aerodromu yaxınlığında Estoniyanın paytaxtı Tallindən havaya qalxan iki helikopterin toqquşması nəticəsində beş nəfər həlak olub.
"Report" Estoniyanın dövlət televiziyası ERR-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən bildirilib.
"Robinson R44 Raven" yüngül model iki helikopterin göyərtəsində ümumilikdə beş nəfər olub – biri iki, digəri isə üç nəfəri daşıyırmış. Polis əməkdaşları həlak olan şəxslərin kimliyini müəyyən etmək üzərində işləyir.
Estoniya Xarici İşlər Nazirliyinin konsulluq yardım şöbəsinin direktoru Margus Sarglep ERR-ə verdiyi açıqlamada bildirib ki, ilkin məlumatlara görə, toqquşma nəticəsində sağ qalan olmayıb.
Finlandiya Müdafiə Nazirliyi isə daha əvvəl vurğulayıb ki, hava məkanında baş verən bu toqquşmanın ölkənin hərbi obyektləri və texnikası ilə heç bir əlaqəsi yoxdur.
Oxşar xəbərlər
Yaponiya xilasedici helikopterin qəzasında üç nəfərin öldüyünü təsdiqləyib
ABŞ-də helikopter qəzası nəticəsində bir neçə nəfər ölüb
Keniyada hərbi helikopter qəzaya uğradı: Azı səkkiz nəfər həlak oldu
Amurda helikopterin qəzaya uğradığı yer aşkarlanıb, pilot və sərnişinlər həlak olub
Qazaxıstanda hərbi helikopterin qəzaya uğraması nəticəsində bir nəfər həlak olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin







