Yaponiya xilasedici helikopterin qəzasında üç nəfərin öldüyünü təsdiqləyib
sizinxeber.az xəbər saytı

Yaponiya xilasedici helikopterin qəzasında üç nəfərin öldüyünü təsdiqləyib


Bazar günü Yaponiyanın Tsuşima adası yaxınlığında Yapon dənizi üzərində xilasedici helikopterinin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Yaponiyanın İctimai Televiziyası (NHK) məlumat yayıb.

Xilasedicilərin sözlərinə görə, hadisə nəticəsində üç nəfər ölüb - helikopterlə Fukuoka prefekturasına aparılmalı olan 86 yaşlı xəstə, onu müşayiət edən qohumu və həkimlərdən biri. Helikopterin göyərtəsində olan digər üç ekipaj üzvü xilasedicilər tərəfindən huşsuz vəziyyətdə aşkar edilərək xəstəxanaya çatdırılıb.

Helikopter eniş etməli olduğu yerli hava limanından 10 km aralıda olarkən onunla əlaqə kəsilib. Faciənin nədən baş verdiyi barədə məlumat verilmir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Yaponiyada xilasedici helikopter qəzaya uğrayıb, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Yaponiya xilasetmə xidmətinin helikopteri radarlardan itib
ABŞ-də helikopter qəzası nəticəsində bir neçə nəfər ölüb
Qazaxıstanda hərbi helikopterin qəzaya uğraması nəticəsində bir nəfər həlak olub
Pakistanda helikopter qəzaya uğrayıb, azı 6 nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər