NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib
ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirmək təhdidləri Danimarkanı getdikcə daha çox narahat edir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Danimarkanın keçmiş baş naziri və NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen "Politico"ya müsahibəsində söyləyib.
O vurğulayıb ki, Qrenlandiya Danimarkanın bir hissəsidir və qrenlandiyalılar amerikalı olmaq istəmirlər:
"Amerikalı prezidentin müttəfiqi təhdid etməsini utanmazlıq hesab edirəm. Danimarka Birləşmiş Ştatların ən yaxın və ən etibarlı müttəfiqlərindən biridir", - Rasmussen deyib.
Onun sözlərinə görə, son onilliklərdə ABŞ orada baza yaratmaq hüququna malik olsa da, Qrenlandiyada hərbi mövcudluğunu yalnız azaldıb.
"Məsələ ondadır ki, Qrenlandiya NATO-nun bir hissəsidir. Əgər Birləşmiş Ştatlar onun müdafiəsindən narazıdırsa, biz müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə görə minnətdar olardıq", - keçmiş baş katib əlavə edib.
Oxşar xəbərlər
NATO: Qrenlandiya Danimarkanın tərkibində qalmalıdır
Danimarka XİN başçısı: Tramp Qrenlandiyanı əldə etməyəcək
ABŞ dövlət katibinin danimarkalı həmkarı ilə görüşü ləğv edilə bilər
KİV: Trampla Danimarkanın baş naziri arasında Qrenlandiya danışıqları çox pis keçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
