ABŞ dövlət katibinin danimarkalı həmkarı ilə görüşü ləğv edilə bilər
Bu həftə Brüsseldə NATO ölkələrinin xarici işlər nazirlərinin görüşü çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə Danimarkanın xarici işlər naziri Lars Lekke Rasmussen arasında planlaşdırılan görüş Qrenlandiya ilə bağlı münasibətlərin gərgin olması səbəbindən ləğv edilə bilər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “The Financial Times” qəzeti rəsmilərə istinadən məlumat yayıb.
Bildirilib ki, Vaşinqton və Kopenhagen arasında diplomatik əlaqələr "minimum səviyyədə"dir. Əvvəllər ABŞ Prezidenti Donald Trampın tələblərinə məhəl qoymamağa çalışan və müttəfiqlərini onun şərhlərinə cavab verməməyə çağıran Danimarka son həftələrdə taktikasını dəyişərək Vaşinqtonun ritorikasına kəskin reaksiya verir.
ABŞ administrasiyasının Danimarkanın Qrenlandiya muxtar ərazisini idarə etməsi ilə bağlı hücumlarına toxunan L.Rasmussen qeyd edib ki, Danimarka tərəfi "tənqidə açıqdır", lakin "bunun təqdim edildiyi tonu bəyənmir".
Daha əvvəl Ağ Evin sahibi Vaşinqtonun istənilən halda Qrenlandiyanı əldə edəcəyini söyləyib. Bununla yanaşı, D.Tramp “NBC News” telekanalına müsahibəsində "bunu hərbi güc olmadan etmək üçün yaxşı şansların olduğunu", lakin "heç nəyi istisna etmədiyini" diqqətə çatdırıb.
Oxşar xəbərlər
Danimarka Baş naziri: Qrenlandiya krallığın tərkibində qalacaq
Danimarka XİN başçısı: Tramp Qrenlandiyanı əldə etməyəcək
KİV: Trampla Danimarkanın baş naziri arasında Qrenlandiya danışıqları çox pis keçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
