Marko Rubio: ABŞ-nin Ukrayna ilə bağlı prioriteti dərhal atəşkəsdir
sizinxeber.az xəbər saytı

Marko Rubio: ABŞ-nin Ukrayna ilə bağlı prioriteti dərhal atəşkəsdir


ABŞ administrasiyasının Ukraynadakı münaqişənin həllində prioriteti dərhal atəşkəs və hərbi əməliyyatların dayandırılmasıdır.

“Sizinxeber.az” xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə telefon danışığı zamanı deyib.

“Dövlət katibi ABŞ-nin Rusiya və Ukrayna arasında müharibə ilə bağlı mövqeyini bir daha təkrarlayıb: Bizim əsas prioritetimiz hərbi əməliyyatlara son qoymaq və dərhal atəşkəs əldə etməkdir”, - Dövlət Departamentinin bəyanatında deyilir.

Hindistan və Pakistan arasında münaqişənin gərginləşməsini müzakirə edən nazirlər Yeni Dehli və İslamabadın atəşkəs rejimini saxlaması və təmasları davam etdirməsinin vacibliyini vurğulayıblar.

“Dövlət katibi ABŞ-nin Hindistan və Pakistan arasında birbaşa dialoqa dəstəyini ifadə edib və əlaqələri yaxşılaşdırmaq üçün səyləri davam etdirməyə çağırıb”, - deyə məlumatda vurğulanıb.

Oxşar xəbərlər

ABŞ dövlət katibi Hindistan - Pakistan gərginliyinin dərhal azaldılmasına çağırıb
Rubio Lavrova Fransada Ukrayna ilə təmaslar barədə məlumat verib
Rubio: Hindistan və Pakistan neytral ərazidə danışıqlara başlamağa razılaşıblar
Rubio: ABŞ münaqişəni həll etmək üçün Hindistan və Pakistanla əlaqə saxlayacaq
Tramp: Pakistan və Hindistan arasında tam atəşkəs əldə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər