Kelloq: Ukrayna danışıqlarına başlamazdan əvvəl atəşkəs əldə edilməlidir
Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlardan əvvəl 30 günlük atəşkəs əldə olunmalıdır.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq X sosial şəbəkəsində yazıb.
“Birincisi, 30 günlük qeyd-şərtsiz atəşkəs və bu müddət ərzində hərtərəfli sülh danışıqlarına keçid. Əksinə yox", – deyə o yazıb.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Kiyev hakimiyyəti ilə birbaşa danışıqların bərpası təklifini alqışlamışdı.
Rusiya Prezidenti Vladimir Putin mayın 11-nə keçən gecə Kremlin qarşısında jurnalistlərə verdiyi açıqlamada Kiyev hakimiyyətinə 2022-ci ildə dayandırdıqları birbaşa danışıqları əvvəlcədən heç bir şərt olmadan bərpa etməyi təklif edib. Danışıqlara mayın 15-də İstanbulda başlamasl təklif olunur.
Oxşar xəbərlər
Kelloq: Rusiyanın mayın 9-da Ukrayna ilə atəşkəs təklifi absurddur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski 30 günlük atəşkəsdə israr edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kelloq: Rusiya və Ukrayna arasında 30 günlük atəşkəs müharibənin sonunun başlanğıcı olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin Ukraynaya İstanbulda birbaşa danışıqları bərpa etməyi təklif edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kelloq: Tramp Ukrayna və Rusiya arasında ən azı 30 günlük hərtərəfli atəşkəs istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













