Kelloq: Rusiyanın mayın 9-da Ukrayna ilə atəşkəs təklifi absurddur
Rusiya Prezidenti Vladimir Putinin mayın 9-da Ukrayna ilə atəşkəs təklifi absurddur. Atışmanı ən azı 30 gün müddətinə dayandırmaq lazımdır.
“Sizinxeber.az” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə “Fox News” telekanalında açıqlamasında ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib.
“Üçgünlük atəşkəs ideyası absurddur. Prezident Tramp daimi, hərtərəfli - quruda, havada, dənizdə, o cümlədən infrastrukturda - ən azı 30 gün müddətinə, uzadılma imkanı ilə, atəşkəs olmasını istəyir”, - o deyib.
Kelloq xatırladıb ki, Ukrayna artıq belə bir təkliflə razılaşıb və indi növbə Rusiya tərəfindədir.
Xatırladaq ki, aprelin 28-də Vladimir Putin qoşunlarının mayın 8-dən 10-dək atəşi dayandıracağını açıqlamışdı. Ukrayna Prezidenti Volodimir Zelenski mayın 8-nə qədər gözləməyin mənası olmadığını bildirmişdi. O, həmçinin ABŞ-nin təklifinə uyğun olaraq atəşin bir neçə gün deyil, ən azı 30 gün müddətinə dayandırılmalı olduğunu vurğulamışdı.
Oxşar xəbərlər
Kelloq: Tramp Ukrayna və Rusiya arasında ən azı 30 günlük hərtərəfli atəşkəs istəyir
Kelloq: Ukrayna və Rusiya tam atəşkəsə yaxınlaşıb
Kit Kelloq: Tramp yaxın aylarda Ukrayna münaqişəsini həll edə biləcək
Kelloq: Londonda ABŞ-nin Rusiya və Ukrayna arasında atəşkəs təkliflərini möhkəmləndirmək olar
Kelloq: ABŞ Ukraynaya Rusiya ilə sülhə məcbur etmək niyyətində deyil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
