Putin Ukraynaya İstanbulda birbaşa danışıqları bərpa etməyi təklif edib
Rusiya Prezidenti Vladimir Putin Ukraynaya İstanbulda birbaşa danışıqları bərpa etməyi təklif edib.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, Putin bunu mətbuat konfransında bildirib.
"Biz Kiyevə heç bir ilkin şərt olmadan birbaşa danışıqları bərpa etməyi təklif edirik. Danışıqlara mayın 15-də İstanbulda başlamağı təklif edirik", - Rusiya lideri vurğulayıb.
Putin əlavə edib ki, sabah Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla danışacaq və ondan Ukrayna ilə danışıqlar üçün meydança təqdim etməyi xahiş edəcək.
Rusiya Prezidenti qeyd edib ki, yeni atəşkəslərin razılaşdırılması mümkündür.
"Biz ciddi danışıqlara hazırıq. Bizim təkliflərimiz masa üzərindədir. Ukrayna hakimiyyəti və kuratorları qərar verməlidirlər. Rusiya heç bir şərt olmadan danışıqlara hazırdır. Uzunmüddətli sülh əldə etmək lazımdır. İndi müharibə gedir və biz danışıqlar təklif edirik, bunun nəyi pisdir?", - Putin vurğulayıb.
Oxşar xəbərlər
Rusiya Ukrayna ilə ilkin şərt olmadan danışıqlara hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin Rusiya – Ukrayna danışıqlarının mayın 15-də Türkiyədə başlanmasını təklif edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin Kiyevlə ilkin şərt olmadan danışıqlara hazır olduğunu bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin Rusiya-Ukrayna müharibəsinin bitməsinin mümkün tarixlərini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin: Zelenski seçkidə legitimlik qazansa, Rusiya onunla da danışıqlara hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













