Zelenski 30 günlük atəşkəsdə israr edir
sizinxeber.az xəbər saytı

Zelenski 30 günlük atəşkəsdə israr edir


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin təklif etdiyi üç günlük atəşkəs əvəzinə 30 günlük atəşkəsdə israr edir.

“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə V.Zelenski bildirib.

"Şərtsiz atəşkəs - amerikalıların təklif etdiyi modeldir. Biz buna əməl edirik. Gəlin, 30 günlük atəşkəsi sınayaq. Niyə 30 günlük atəşkəs? Çünki üç, beş, yeddi gün ərzində heç nə barədə razılaşmaq mümkün deyil", - o qeyd edib.

Daha əvvəl Kremlin mətbuat xidməti V.Putinin Qələbənin 80-ci ildönümü günlərində atəşkəs elan etdiyini bildirmişdi.

“Rusiya ordusu mayın 8-i saat 00:00-dan mayın 11-i saat 00:00-dək döyüş əməliyyatlarını dayandıracaq”, - RF Prezidentinin bəyanatında qeyd olunub.

Oxşar xəbərlər

Zelenski Putinin 9 Mayla bağlı üç günlük atəşkəs təklifini qəbul etməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kelloq: Rusiyanın mayın 9-da Ukrayna ilə atəşkəs təklifi absurddur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski Putinin atəşkəs təklifinə münasibət bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Rusiya və Ukrayna arasında tam atəşkəsin əldə olunmasında israr edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər