Çin ABŞ-nin ticarət danışıqları ilə bağlı çağırışına şərt qoyub
sizinxeber.az xəbər saytı

Çin ABŞ-nin ticarət danışıqları ilə bağlı çağırışına şərt qoyub


Çin hakimiyyəti ABŞ-nin ikitərəfli danışıqlara hazır olduqları barədə bəyanatlarını öyrənir.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Çin Ticarət Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Nazirlik xatırladıb ki, ABŞ rəsmiləri ticarət tariflərini müzakirə etmək üçün Çinlə danışıqlar aparmağa hazır olduqlarını dəfələrlə bildiriblər.

“ABŞ bu yaxınlarda maraqlı tərəflər vasitəsilə Pekinə Çinlə danışıqlara başlamağa hazır olduqlarını bildirən mesajlar göndərib. Çin hazırda bunu öyrənir”.

Ticarət Nazirliyinin bəyanatında həmçinin qeyd olunub ki, tarif və ticarət müharibəsi ABŞ tərəfindən birtərəfli qaydada başladılıb: “Əgər ABŞ danışıqlar aparmaq istəyirsə, səmimiyyətini nümayiş etdirməli, səhvlərini düzəltmək və birtərəfli tarifləri aradan qaldırmaq üçün addımlar atmağa hazır olmalıdır”.

Oxşar xəbərlər

Ağ ev: ABŞ artıq 130 ölkə ilə gömrük rüsumları üzrə danışıqlar aparır
Bloomberg: Avropa İttifaqı ABŞ-la tarif danışıqları üçün güzəştlərin siyahısını hazırlayır
Ağ Ev: ABŞ Aİ ilə ticarət danışıqlarında irəliləyiş əldə edib
Tramp əmindir ki, ABŞ 90 gün ərzində Aİ ilə ticarət sazişi bağlayacaq
Pentaqon rəhbəri: ABŞ Çinlə müharibə istəmir, lakin buna hazır olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle