Bloomberg: Avropa İttifaqı ABŞ-la tarif danışıqları üçün güzəştlərin siyahısını hazırlayır
Avropa İttifaqı ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən tariflərin qismən ləğvinə nail olmaq üçün etməyə hazır olduğu güzəştlərin siyahısını hazırlayır.
“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Agentlik xatırladır ki, ABŞ hakimiyyəti aprelin 2-dən sonra rüsumları artıra bilər. Bu həftə Vaşinqtonda keçirilən görüşlərdə Aİ rəsmilərinə bildirilib ki, avtomobillərə yeni tariflər və sözdə qarşılıqlı rüsumlar qaçılmazdır və gələn həftə qüvvəyə minəcək.
Avropa Komissiyası ABŞ-la ticarət tarifləri üzrə danışıqların əsas istiqamətlərini, o cümlədən öz tariflərinin azaldılması, ABŞ-la qarşılıqlı investisiyalar və bəzi tənzimləyici norma və standartların yumşaldılmasını nəzərdə tutan sənəd hazırlamağa başlayıb.
Oxşar xəbərlər
ABŞ bu gün Kanada və Meksika mallarına rüsumların azaldılmasını elan edə bilər
Avropa İttifaqı ABŞ-nin təhdidlərini cavabsız qoymayacaq
Meksika ABŞ-nin cavab tariflərinə dərhal cavab verməyəcək
Tramp Avropa İttifaqı ölkələrini hədələyib
Kanada ABŞ-yə qarşı tariflərin bir hissəsini təxirə salıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













