Ağ Ev: ABŞ Aİ ilə ticarət danışıqlarında irəliləyiş əldə edib
ABŞ Avropa İttifaqı (Aİ) ilə ticarət danışıqlarında böyük irəliləyiş əldə edib.
“Report” xəbər verir ki, bu barədə “Fox Business” telekanalına müsahibəsində Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset bildirib.
“Aİ ilə çoxlu müzakirələr aparılıb. Mən və ticarət komandasının qalan üzvləri bir neçə görüş keçirmişik, böyük irəliləyiş əldə etmişik”, - o, Vaşinqton və Brüssel arasında razılaşmanın yaxınlığı ilə bağlı sualın cavabında deyib.
Hasset əlavə edib ki, Aİ ilə ticarət razılaşması əldə olunarsa, bu, amerikalı işçilər, xüsusən də avtomobil sənayesində çalışanlar üçün son dərəcə faydalı olacaq.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 2-də 185 ölkə və ərazinin məhsullarına idxal rüsumunun tətbiq ediləcəyini açıqlayıb. Aİ-dən idxal edilən məhsullara 20 % gömrük rüsumu tətbiq edilib.
Aprelin 9-da Amerika lideri danışıqlara hazır olduqlarını bildirən 75 ölkə üçün tarif artımının 90 günlük dayandırıldığını açıqlayıb. Onlara 10 % səviyyəsində baza tarifləri tətbiq olunacaq. Aprelin 10-da Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də cavab tədbirlərinin tətbiqində 90 günlük ertələmə elan edib və bu qərarın danışıqlara şans vermək məqsədi daşıdığını, lakin dialoq uğursuz olarsa, tariflərin tətbiq ediləcəyini vurğulayıb.
Oxşar xəbərlər
Ağ Ev: ABŞ gömrük rüsumları ilə bağlı 10-dan çox təklif alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əllidən çox ölkə ABŞ-yə tarif danışıqları üçün müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-a 50-dən çox ölkə gömrük rüsumlarının azaldılması ilə bağlı müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağ ev: ABŞ artıq 130 ölkə ilə gömrük rüsumları üzrə danışıqlar aparır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Çini əlavə 50 %-lik rüsumlarla hədələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













