Tramp əmindir ki, ABŞ 90 gün ərzində Aİ ilə ticarət sazişi bağlayacaq
sizinxeber.az xəbər saytı

Tramp əmindir ki, ABŞ 90 gün ərzində Aİ ilə ticarət sazişi bağlayacaq


Ağ Ev rəhbəri Donald Tramp əmindir ki, ABŞ bir sıra ölkələrə tariflərin artırılmasını təxirə salmağı göstəriş verdiyi 90 günlük müddət bitmədən Avropa İttifaqı (Aİ) üzvləri ilə ticarət sazişi bağlaya biləcək.

“Sizinxeber.az” xəbər verir ki, o, bunu Ağ Evdə İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşün əvvəlində jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Təbii ki, ticarət sazişi olacaq. Aİ ölkələri bunu çox istəyirlər. Biz ticarət sazişi bağlayacağıq. Mən bunu tamamilə gözləyirəm. Bu, ədalətli razılaşma olacaq", - Tramp bildirib.

Tramp əmin edib ki, ABŞ digər ölkələrlə ticarət sazişləri bağlamağa “tələsmir”.

Xatırladaq ki, Tramp aprelin 2-də 185 ölkə və ərazinin məhsullarına idxal rüsumunun tətbiq ediləcəyini açıqlamışdı. 10 %-lik universal tariflər aprelin 5-dən, fərdi tariflər isə aprelin 9-dan qüvvəyə minib. Rusiya siyahıda yoxdur. Aprelin 9-da Tramp danışıqlara hazır olduqlarını nümayiş etdirən 75 ölkəyə tarif artımını 90 gün müddətinə dayandırdığını açıqlamışdı. Onlara 10 % idxal rüsumları tətbiq olunacaq.

Oxşar xəbərlər

Tramp Çinlə ticarət sazişi imzalayacağına əmindir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp: Çin sonda ABŞ-la ticarət sazişi imzalayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Çinə ticarət rüsumlarını 125 %-ə qaldırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağ Ev: ABŞ Aİ ilə ticarət danışıqlarında irəliləyiş əldə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağ Ev: ABŞ gömrük rüsumları ilə bağlı 10-dan çox təklif alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər