Misir aviaşirkəti Rusiyaya uçuşları azaldır
Misirin “AlMasria Universal Airlines” aviaşirkəti mayın 20-dən etibarən Rusiyadan Şarm əl-Şeyx və Hurqada kurortlarına uçuşların sayını azaldacaq.
“Report” xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti şirkətdəki mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Misir aviadaşıyıcısının uçuş proqramı Rusiyanın “Coral Travel”, “Fun & Sun” və “Anex Tour” turoperatorları üçün yenidən nəzərdən keçirilib. “Anex Tour” üçün uçuşların 50 %-i azaldılıb, şirkət Şarm əl-Şeyxə həftədə beş dəfə uçacaq. “Fun & Sun” üçün azalma 37 % təşkil edib, Hurqada və Şarm əl-Şeyxə yeddiyə yaxın uçuş həyata keçiriləcək. Misir aviadaşıyıcısı “Coral Travel” üçün uçuşları Şarm əl-Şeyxə reyslər 20, Hurqadaya isə 10 olmaqla 21 faiz azaldacaq.
Ləğv edilmiş uçuşlar Rusiyanın “Azur”, "Ural Hava Yolları" və “Red Wings”, Misirin isə “Egypt Air”, “Air Cairo” və “Red Sea Airlines” aviaşirkətləri arasında yenidən bölüşdürüləcək. “AlMasria”dakı mənbə uçuş cədvəlinin yenidən nəzərdən keçirilməsinin sanksiyalar səbəbindən təyyarələrin alınmasında problemlərin olması, həmçinin Rusiyadakı ciddi təhlükəsizlik tədbirləri ilə əlaqələndirib.
“Rosaviasiya”nın mətbuat xidməti aviadaşıyıcının dövri gecikmələr səbəbindən uçuşların sayını azaldacağını təsdiqləyib.
Oxşar xəbərlər
Rusiyaya məxsus təyyarə Şarm əl-Şeyx hava limanına məcburi eniş edib
“Red Wings” iyun ayından Yekaterinburqdan Bakıya uçuşlara başlayacaq
“Aegean Airlines” İsrailə və əks istiqamətdə bütün uçuşları ləğv edib
Yaxın Şərqdəki münaqişə region ilə hava əlaqəsini iflic edib
“Air France” yanvarın 25-də Təl-Əvivə uçuşları bərpa edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











