sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
“Air France” yanvarın 25-də Təl-Əvivə uçuşları bərpa edəcək
Fransanın “Air France” aviaşirkəti Qəzza zolağında və Livanın cənubundakı münaqişələr səbəbindən aylarla davam edən fasilədən sonra Təl-Əviv və Beyruta uçuşlar həyata keçirəcək.
“Sizinxeber.az” AFP-yə istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
“2025-ci il yanvarın 25-dən etibarən Təl-Əvivə həftədə beş reys olmaqla uçuşlar bərpa olunacaq. “Air France” həmçinin Paris və Beyrut arasında uçuşların bərpası üçün mümkün olan hər şeyi edir”, - məlumatda deyilir.
Şirkət Livana uçuşların bərpası üzrə konkret tarixlər açıqlamayıb və bunu yaxın günlərdə edəcəyinə söz verib.
Oxşar xəbərlər
“Air France” Beyruta uçuşları avqustun 8-nə qədər ləğv edib
Yaxın Şərqdəki münaqişə region ilə hava əlaqəsini iflic edib
Fransa aviaşirkətləri Livana uçuşları dayandırıb
Yunanıstan aviaşirkəti Beyrut, Əmman və Təl-Əvivə uçuşların ləğvi müddətini uzadıb
AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











