“Red Wings” iyun ayından Yekaterinburqdan Bakıya uçuşlara başlayacaq
sizinxeber.az xəbər saytı

“Red Wings” iyun ayından Yekaterinburqdan Bakıya uçuşlara başlayacaq


Rusiyanın “Red Wings” aviaşirkəti iyunun 4-dən Yekaterinburq və Bakı arasında reys açır.

“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, uçuşlar həftədə iki dəfə, çərşənbə və cümə günləri həyata keçiriləcək. Uçuş müddəti üç saat təşkil edəcək.

"Koltsovo" (Yekaterinburq) beynəlxalq hava limanının cədvəlinə görə, hazırda Yekaterinburqdan Bakıya uçuşları "Ural Hava Yolları" və "Azərbaycan Hava Yolları" həyata keçirir.

Məlumata görə, “Ural Hava Yolları” uçuşları çərşənbə axşamı və cümə günləri yerinə yetirir, aprelin 28-dən isə bazar ertəsi, cümə axşamı və şənbə günləri əlavə reyslərlə həyata keçirəcək.

"Azərbaycan Hava Yolları" isə uçuşları bazar ertəsi və çərşənbə günləri yerinə yetirir, iyunun 6-dan etibarən isə cümə günləri də həyata keçiriləcək.

Qeyd edək ki, “Red Wings” Rusiyanın ən böyük aviaşirkətlərinin onluğuna daxildir.

Oxşar xəbərlər

Yekaterinburq və Bakı arasında yeni aviareys açılacaq
 AZAL Novruz bayramı ərəfəsində Avropaya uçuşların sayını artırır
“Ural Hava Yolları” Soçidən Bakıya birbaşa uçuşlara başlayır
AZAL Bakıdan Şımkentə reys açır
AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər