Pentaqon: ABŞ artıq Avropanın təhlükəsizliyinin zəmanətçisi ola bilməz
sizinxeber.az xəbər saytı

Pentaqon: ABŞ artıq Avropanın təhlükəsizliyinin zəmanətçisi ola bilməz


ABŞ artıq Avropanın təhlükəsizliyinin zəmanətçisi ola bilməz.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset Pensilvaniya ştatının Karlayl şəhərində yerləşən ABŞ Quru Qoşunları Kollecində çıxışı zamanı bildirib.

“Birləşmiş Ştatların Avropa təhlükəsizliyinin yeganə zəmanətçisi olduğu dövr artıq keçmişdə qalıb. Əslində, bu, çoxdan baş verməli idi. Avropa hərbi baxımdan fəallaşmalı və liderliyi üzərinə götürməlidir”, - Pentaqon rəhbəri qeyd edib.

O vurğulayıb ki, ABŞ NATO üzrə Avropa müttəfiqlərindən hərbi xərcləri ÜDM-nin 5 faizi səviyyəsinə qədər artırmağı tələb edəcək: “Mövcud təhdidləri nəzərə alsaq, hərbi xərclərə ayrılan ÜDM-nin 2 faiz kifayət deyil”.

Oxşar xəbərlər

Pentaqon rəhbəri: ABŞ artıq Avropanın təhlükəsizliyinin qarantı ola bilməz
Pentaqon ABŞ-nin Yəməndə "quru müharibələri" aparmaq planlarını inkar edir
Viktor Orban: Avropa Komissiyası müqavilələrin zəmanətçisi deyil, siyasi alət rolunu oynayır
İsveçin müdafiə naziri: ABŞ Avropadakı hərbi mövcudluğunu azalda bilər
Pentaqon ABŞ-nin hərbi yardımının məhdud olduğunu etiraf edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər