Mark Rutte Ukraynaya planlaşdırılmamış səfər edib
NATO-nun Baş katibi Mark Rutte aprelin 15-də planlaşdırılmamış səfərlə Ukraynaya gedib.
“Report” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski və Ruttenin özü sosial şəbəkələrdə bildiriblər.
Rutte qeyd edib ki, Zelenski ilə birlikdə Odessa şəhərinə səfər edib.
“Ukrayna xalqı çox şey yaşayıb. NATO-nun dəstəyi sarsılmazdır. Biz Ukraynaya kömək etməyə davam edəcəyik ki, bu gün özünü müdafiə edə və gələcək təcavüzün qarşısını ala bilsin, ədalətli və davamlı sülhü təmin etsin”, - o tviterdə yazıb.
Eyni zamanda, Zelenski NATO Baş katibi ilə birlikdə ukraynalı hərbçilərin yaralandıqdan sonra bərpa prosesi keçdiyi xəstəxanaya baş çəkdiyi videonu paylaşıb.
“Hərbi həkimləri də mükafatlandırdım. Onlar nəinki hər gün xəstəxanada əsgərlərimizə kömək edir, həm də Xerson, Xarkov və Nikolayev vilayətlərində atəş altında insanların həyatını xilas ediblər”, - Zelenski yazıb.
Oxşar xəbərlər
NATO Baş katibi Odessada Zelenski ilə görüşüb
Rutte NATO-nun Ukrayna üzrə komandanlığının işə başladığını açıqlayıb
NATO Baş katibi Zelenski ilə görüşüb
Mark Rutte NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb
Baş katib: NATO ölkələri Ukraynaya hərbi dəstəyi davam etdirməlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








