Ursula fon der Lyayen: Trampın qarşılıqlı tariflərin dayandırılması ilə bağlı bəyanatını alqışlayıram
Avropa İttifaqı (Aİ) və ABŞ arasında "sıfıra sıfır" tarif sazişi bağlanmalıdır.
“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen sosial şəbəkə hesabında yazıb.
"Mən Prezident Trampın qarşılıqlı tariflərin dayandırılması ilə bağlı bəyanatını alqışlayıram. Bu, qlobal iqtisadiyyatın sabitləşdirilməsi istiqamətində mühüm addımdır. Ticarətin və təchizat zəncirlərinin işləməsi üçün aydın və proqnozlaşdırıla bilən şərtlər lazımdır. Tariflər yalnız biznesə və istehlakçılara ziyan vuran vergilərdir", - o bildirib.
Onun sözlərinə görə, Aİ maneəsiz və qarşılıqlı faydalı ticarəti təmin etmək məqsədilə Birləşmiş Ştatlarla konstruktiv danışıqlara sadiqdir.
"Eyni zamanda, Avropa dünya ticarətində payı 87 % təşkil edən ölkələrlə əməkdaşlıq edərək, ticarət tərəfdaşlıqlarını şaxələndirməyə xüsusi diqqət yetirməyə davam edir. Mən və komandam Avropa istehlakçılarını, işçilərini və müəssisələrini qorumaq üçün gecə-gündüz çalışmağa davam edəcəyik. Avropalılar birlikdə bu böhrandan daha güclü çıxacaqlar", - o vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir sıra ölkələrə qarşılıqlı əsasda tətbiq edilən əlavə idxal rüsumlarını 90 gün müddətinə dayandırdığını bildirib.
Oxşar xəbərlər
ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Ursula fon der Lyayen ilə görüşəcək
Ursula fon der Lyayen Aİ-nin müdafiə xərclərinin artırılmasını təklif edib
Ursula fon der Lyayen Trampın andiçmə mərasimində iştirak etməyəcək
AK sədri: Aİ ABŞ ilə əməkdaşlığa hazırdır, lakin qarşılıqlı münasibətlərdə öz maraqlarını qoruyacaq
Ursula fon der Lyayen: Avropa Komissiyası Aİ-nin müdafiəsinin gücləndirilməsi strategiyasını təqdim edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













