Zelenski Şolts ilə birgə silah istehsalını müzakirə edib – YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Zelenski Şolts ilə birgə silah istehsalını müzakirə edib – YENİLƏNİB


Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya Kansleri Olaf Şolts ilə görüşündə birgə silah istehsalını müzakirə edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ukrayna liderinin mətbuat xidməti məlumat yayıb.

“Görüşdə müzakirə olunan məsələlər arasında ikitərəfli təhlükəsizlik sazişinin həyata keçirilməsi və müdafiə sənayesində əməkdaşlığın genişləndirilməsi üçün mümkün sahələr, o cümlədən də birgə silah istehsalı olub”, - məlumatda deyilir.

Liderlər Sülh Formulasının həyata keçirilməsinə xüsusi diqqət yetiriblər.

Zelenski həmçinin qeyd edib ki, Almaniya hökuməti Ukrayna Silahlı Qüvvələrini gücləndirmək üçün müxtəlif konfiqurasiyalı əlavə hava hücumundan müdafiə sistemləri sifariş edib, üstəlik, “Ramştayn formatı”ndakı iclasda elan edildiyi kimi, Ukraynaya əlavə “Panzerhaubitze 2000” özüyeriyən artilleriya qurğusu və “Leopard 1A5” tankları verəcək.

18:43

Almaniya kansleri Olaf Şolts Frankfurtda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə kansler “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Almaniya Ukraynanın Avropada ən güclü tərəfdarı olub və belə də qalmaqdadır. Biz Ukraynanı lazım olduğu qədər dəstəkləyəcəyik”, - o bildirib.

Xatırladaq ki, V.Zelenski Almaniyada Ramşteyn formatında keçirilən Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun 24-cü iclasında iştirak edir.

Oxşar xəbərlər

Almaniya kansleri Frankfurtda Zelenski ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Münxendə Azərbaycan Prezidentinin Ermənistanın Baş naziri ilə ikitərəfli görüşü olub - YENİLƏNİB-3 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski İspaniyanın Baş naziri ilə hava hücumundan müdafiəni müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şolts və Zelenski arasında telefon danışığı baş tutub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya Ukraynaya daha 17 ədəd zenit-raket kompleksi verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər