Britaniya XİN: Ukraynadakı müharibə bu il aprelin sonuna qədər başa çata bilər
sizinxeber.az xəbər saytı

Britaniya XİN: Ukraynadakı müharibə bu il aprelin sonuna qədər başa çata bilər


Ukraynadakı müharibə bu il aprelin sonunadək başa çata bilər.

"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi "Radio 4"ə müsahibəsində deyib.

Onun fikrincə, sülh ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın hakimiyyətinin ilk vaxtlarında əldə edilə bilər.

Nazir həmçinin Rusiyanın danışıqlara hazır olmadığını diqqətə çatdırıb.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniyanın "Sky News" televiziya kanalı öz mənbələrinə istinadən savaşın aprelin 20-nə qədər bitə biləcəyini bildirmişdi.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl müharibənin 2025-ci ildə bitəcəyinə ümid etdiyini demişdi.

Oxşar xəbərlər

KİV: Rusiya ilə Ukrayna arasında sülh aprelin 20-nə qədər əldə edilə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Ukrayna ilə Rusiya arasındakı müharibə bu il bitə bilər, siqnallar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp: Rusiya - Ukrayna müharibəsi altı aya bitə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna XİN Qərbə xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə Ukraynadakı müharibənin tez başa çatmasının tərəfdarıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər