“Forbes”: Tramp öz cibinə ziyan vurub
sizinxeber.az xəbər saytı

“Forbes”: Tramp öz cibinə ziyan vurub


ABŞ Prezidenti Donald Tramp özünün tətbiq etdiyi rüsumlar səbəbindən 500 milyon dollar itirib.

“Sizinxeber.az” xəbər verir ki, onun sərvətinin azalması barədə “Forbes” məlumat yayıb.

Qeyd olunub ki, dünya bazarlarının çökməsi fonunda Trampın sərvəti bir həftə ərzində 4,7 milyard dollardan 4,2 milyard dollara qədər azalıb.

"Trampın ən böyük itkisi onun ən qiymətli aktivi olan “Trump Media and Technology Group” ilə bağlıdır. Şirkətin səhmləri son üç ticarət günündə 8 % dəyər itirərək oktyabrdan bəri ən aşağı qiymətə çatıb. Onun çərşənbə günü 2,2 milyard dollar təşkil edən payı indi 2 milyard dollardır", - məlumatda bildirilib.

Nəşrin məlumatına görə, bu Trampın sonuncu problemi deyil. Kommersiya daşınmaz əmlakı 90 milyon dollar ucuzlaşıb, qolf klubları 70 milyon dollar itirib. “Vail Resorts” və “Topgolf Callaway Brands” şirkətlərinin səhmləri 15 %, “Trump National Doral” kurortu da daxil olmaqla mehmanxana aktivləri isə 16 % dəyər itirib.

Oxşar xəbərlər

“Forbes”: Trampın sərvəti 5,1 milyard dollara qədər artıb
Maskın sərvəti ilk dəfə 400 milyard dollardan aşağı düşüb
Dünyanın ən varlı insanları ABŞ-nin rüsumlarından sonra 208 milyard dollar itiriblər
Dünyanın ən beş varlı adamı bir gündə 23,9 milyard dollar itirib
Bernar Arno ona məxsus səhmlərin ucuzlaşması ilə bir gündə 11 milyard dollar itirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər