Maskın sərvəti ilk dəfə 400 milyard dollardan aşağı düşüb
sizinxeber.az xəbər saytı

Maskın sərvəti ilk dəfə 400 milyard dollardan aşağı düşüb


Amerikalı milyarder İlon Maskın sərvəti 2025-ci ildə ilk dəfə 400 milyard dollardan aşağı düşüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bu azalma İ.Maskın qurucusu olduğu “Tesla” şirkətinin səhmlərinin əhəmiyyətli dərəcədə ucuzlaşması fonunda baş verib.

Avtomobil istehsalçısının səhmlərinin dəyəri dekabr ayının ortalarında tarixi maksimuma çatdıqdan sonra 27 % düşüb. Kəskin azalma xüsusilə ötən həftə müşahidə olunub: “Tesla”nın səhmləri satışların azalması barədə məlumatlar fonunda 11 % ucuzlaşıb. Xüsusilə Almaniyaya avtomobil tədarükü 59 %, Çində satışlar isə ötən illə müqayisədə 11,5 % azalıb. Fevralın 10-da “Tesla”nın səhmləri ardıcıl dördüncü gün ucuzlaşaraq 3 % dəyər itirib və bir səhmin qiyməti 350,73 dollara çatıb.

Yanvarın 29-da “Forbes” jurnalı bildirib ki, süni intellekt və premium brendlərlə bağlı şirkətlərin səhmlərinin kəskin ucuzlaşması ilə əlaqədar İ.Maskın sərvəti 3,8 milyard dollar azalıb.

Donald Trampın prezident seçkilərində qələbəsi nəticəsində “Tesla”nın səhmləri özünü idarə edən avtomobillər üçün qaydaların sadələşdirilməsi və şirkətin rəqibləri üçün vergi güzəştlərinin ləğvi ilə bağlı gözləntilər fonunda 65 % artıb. Bundan başqa, İ.Maskın süni intellekt sahəsindəki “xAI” startapının dəyəri həmin dövrdə iki dəfə artaraq 50 milyard dollara çatıb.

Oxşar xəbərlər

İlon Maskın sərvəti 400 milyard dolları ötüb
“Tesla” ilin əvvəlindən bəri bazar dəyərini 94 milyard dollar itirib
"Bloomberg": Mask 400 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin insanı olub
Dünyanın ən beş varlı adamı bir gündə 23,9 milyard dollar itirib
Bernar Arno ona məxsus səhmlərin ucuzlaşması ilə bir gündə 11 milyard dollar itirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər