“Forbes”: Trampın sərvəti 5,1 milyard dollara qədər artıb
sizinxeber.az xəbər saytı

“Forbes”: Trampın sərvəti 5,1 milyard dollara qədər artıb


ABŞ Prezidenti Donald Tramp sərvətini 2024-cü ildəki 2,3 milyard dollardan 2025-ci ildə 5,1 milyard dollara qədər artırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu, ABŞ-nin “Forbes” jurnalının dərc etdiyi dünyanın ən varlı insanlarının 39-cu reytinqində öz əksini tapıb.

“Forbes”ın məlumatına görə, D.Trampın sərvətinin əsas hissəsini daşınmaz əmlak təşkil edir. Ona həmçinin qolf klubları, lüks malikanələr, şərab zavodu, həmçinin “Trump Force One” kimi tanınan 1991-ci il istehsallı “Boeing 757-200” təyyarəsi məxsusdur.

Jurnalın siyahısına ümumi sərvəti 16,1 trilyon dollar təşkil edən 3 mindən çox insan daxil edilib. “Forbes”ın qeyd etdiyi kimi, ilk dəfə olaraq üç nəfər 200 milyard dollardan çox sərvətə sahibdir.

Oxşar xəbərlər

Dünyanın ən beş varlı adamı bir gündə 23,9 milyard dollar itirib
“Forbes” Rusiyanın zərərlə işləyən şirkətlərinin reytinqini açıqlayıb
Maskın sərvəti ilk dəfə 400 milyard dollardan aşağı düşüb
İlon Mask dünyanın ən varlı 10 adamının siyahısına başçılıq edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər