sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ağ Ev USAID proqramlarının 83 %-nin fəaliyyətini dayandırıb
Ağ Ev Beynəlxalq İnkişaf Agentliyinin (USAID) proqramlarının 83 %-nin fəaliyyətini rəsmi olaraq dayandırıb.
“Report” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “X” sosial şəbəkəsində məlumat verib.
"Altı həftəlik yoxlamadan sonra biz rəsmi olaraq USAID proqramlarının 83 %-nin fəaliyyətini dayandırdıq. İndi ləğv edilmiş 5,2 min müqavilə çərçivəsində on milyardlarla dollar ABŞ-nin maraqlarına uyğun olmayan şəkildə xərclənib", - o yazıb.
Rubionun sözlərinə görə, qüvvədə qalan USAID proqramlarının (təxminən 1000 proqram) idarə edilməsi ABŞ Dövlət Departamentinə həvalə edilib.
Oxşar xəbərlər
USAID-in rəsmi saytı fəaliyyətini dayandırıb
Dövlət Departamenti: USAID-in maliyyələşməsinin əksər hissəsi ABŞ-nin maraqlarına cavab vermir
USAID Ukraynaya dəstək layihələrini dayandırıb
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Trampın müşaviri: USAID-in fəaliyyəti ABŞ-nin strateji maraqlarına cavab vermir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













