Trampın müşaviri: USAID-in fəaliyyəti ABŞ-nin strateji maraqlarına cavab vermir
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyəti Vaşinqtonun öz strateji maraqlarını təmin etməsinə kömək etmir.
“Report” xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts NBC telekanalına müsahibəsində bildirib.
“ABŞ Prezidenti Donald Tramp, dövlət katibi Marko Rubio, İlon Mask, mən özüm və USAID ilə işləyən bir çox şəxs hesab edir ki, çox vaxt onun missiyaları və proqramları Çinlə qarşıdurmada daxil olmaqla ABŞ-nin strateji maraqlarına cavab verməyib”, – o qeyd edib.
Xatırladaq ki, ABŞ administrasiyası fevralın 3-də USAID-in fəaliyyətini faktiki olaraq dayandırıb. Trampın qərarı ilə dövlət katibi Marko Rubio bu qurumun müvəqqəti başçısı təyin edilib.
USAID-ə qarşı tədbirlər Trampın əvvəllər ABŞ hökumətinin səmərəliliyinin artırılması, şişirdilmiş dövlət aparatının azaldılması və bürokratiya ilə mübarizə üzrə yeni qurumun rəhbəri təyin etdiyi amerikalı milyarder İlon Maskın təşəbbüsü ilə qəbul edilib.
Oxşar xəbərlər
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Dövlət Departamenti: USAID-in maliyyələşməsinin əksər hissəsi ABŞ-nin maraqlarına cavab vermir
Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Meksika USAID-in bağlanmasını dəstəkləyir
BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













