KİV: İranın BMT missiyası Trampın Xameneiyə məktubunu almayıb
İranın BMT-dəki daimi nümayəndəliyinə ABŞ Prezidenti Donald Trampdan İslam Respublikasının ali dini lideri Ayətullah Əli Xameneiyə Tehranın nüvə proqramı ilə əlaqədar danışıqlar təklifi ilə bağlı məktub və ya digər formada mesaj daxil olmayıb.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə İranın BMT yanındakı missiyası məlumat yayıb.
“Bizə belə bir məktub daxil olmayıb”, - agentliyin mənbəsi deyib.
Tramp cümə günü Tehranla razılaşmağa üstünlük verəcəyini bildirib və bir daha söyləyib ki, İran nüvə silahı əldə etməməlidir.
Fevralın 7-də isə Xamenei ABŞ ilə danışıqlar aparmaq lazım olmadığını söyləyib, amerikalıların artıq onun ölkəsini bir dəfə aldatdıqlarını vurğulayıb. O xatırladıb ki, Vaşinqton nüvə sazişini 2015-ci ildə imzalayıb, onun şərtlərini yerinə yetirməyib, anti-İran sanksiyalarını ləğv etməyib və 2018-ci ildə sazişi birtərəfli qaydada pozub.
Oxşar xəbərlər
Tramp Xameneiyə məktub göndərib
İran Avropa ilə nüvə sazişi üzrə danışıqların bərpa olunacağını açıqlayıb
XİN: Maksimum təzyiq siyasəti davam edərsə, İran ABŞ ilə danışıqlara başlamayacaq
Britaniya nüvə proqramına görə İrana qarşı sanksiyaları genişləndirməyə hazırdır
Tramp: ABŞ nüvə proqramı ilə bağlı İranla razılaşmaya üstünlük verir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
