Niderland Ukraynaya 25 zirehli maşın göndərəcək
sizinxeber.az xəbər saytı

Niderland Ukraynaya 25 zirehli maşın göndərəcək


Niderland Ukraynaya yaralıların daşınması üçün 25 YPR zirehli tırtıllı maşın göndərəcək.

“Report” xəbər verir ki, bu barədə krallığın müdafiə nazirliyinin saytında məlumat verilib.

“Niderland yaralıların daşınması üçün 25 YPR zirehli tırtıllı maşın göndərir... Nazir Ruben Brekelmans bu gün Ukrayna üzrə əlaqə qrupunun (UDCG) görüşü zamanı bunu elan edib”, – nazirlikdən bildirilib.

Qeyd olunub ki, Niderland artıq Ukraynaya vəd edilmiş T-72 tanklarının sonuncusunu, həmçinin F-16 qırıcılarının yeni partiyasını təhvil verib.

Nazirlik xatırladıb ki, Haaqa Kiyevə hərbi yardım üçün 10 milyard avrodan çox vəsait ayırıb və bu məbləğin təxminən 6 milyard avrosu artıq istifadə edilib.

Oxşar xəbərlər

Niderland Ukraynaya 28 ədəd “Vikinq” təhvil verəcək
Niderland Ukraynaya 25 zirehli texnika göndərib
Niderland Ukraynaya yeni yardım paketi ayırıb
Ukraynaya “Patriot” kompleksi üçün radar verilib
Almaniya Ukraynaya yeni hərbi yardım paketi ayırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər