Şolts: Ukraynanın NATO üzvlüyündən hələlik söhbət getmir
Hazırda Ukraynanın NATO üzvlüyündən söhbət getmir.
“Report” xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Xristian Demokrat və Xristian Sosial İttifaqları blokundan kansler postuna namizəd Fridrix Merts ilə seçkiqabağı debatlar zamanı bildirib.
“Amerika hökuməti bunu ertələyir. NATO-nun qərarları belədir ki, bu bloklanmayacaq, lakin baxılmır da. Və ona görə də bu vəziyyətdə NATO üzvlüyündən söhbət getmir, mən bunu birbaşa bəyan edirəm”, – Şolts qeyd edib.
Bununla yanaşı, o vurğulayıb ki, hazırda söhbət Ukraynanın müdafiəsinin təmin edilməsindən gedir. Onun sözlərinə görə, Kiyevin “arxasında” hər hansı müzakirələr olmamalıdır.
“Bəzilərinin Ukraynanın ərazisindən güzəştə gedə biləcəyini söyləməsi xoşuma gəlmir. Bu da onların işidir”, – Şolts deyib. Eyni zamanda o bildirib ki, "Ukraynaya kömək göstərmək lazımdır ki, onun güclü ordusu olsun".
“Axı öz iqtisadiyyatı ilə o, özünümüdafiə üçün lazım olan bu miqyasda ordunu maliyyələşdirə bilməz. Bu, razılaşmalı olduğumuz birinci vacib məsələdir, həmçinin bunun ətrafında təhlükəsizlik zəmanətləri də var”, – Şolts vurğulayıb.
Merts də hesab edir ki, Ukraynanı hazırda Şimali Atlantika Alyansına qəbul etmək olmaz, çünki ölkə müharibə vəziyyətindədir.
Oxşar xəbərlər
Şolts NATO-nun Baş katibi ilə görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şolts AfD ilə əməkdaşlığı rədd etsə də, digər partiyalarla koalisiyanı istisna etməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şolts: Ukraynaya sülhməramlı missiyanın göndərilməsinə dair müzakirə aparmaq hələ tezdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şolts: Rusiya təyyarələrini və raketlərini vurmayacağam [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şolts Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərarı təxirə salmağa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













