sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
HƏMAS israilli girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib
HƏMAS-ın hərbi qanadı olan "Əl-Qəssam" briqadaları israilli əsir Agam Bergeri Qəzza zolağındakı Cəbaliya düşərgəsində Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Telekanalın hadisə yerindən apardığı yayımda Bergerin BQXK-nın avtomobilinə mindiyi göstərilib.
Qeyd edilib ki, digər iki girov Qəzza zolağının cənubundakı Xan-Yunisdə təhvil veriləcək.
"Əl-Qəssam" briqadaları daha əvvəl Arbel Yehud da daxil olmaqla, üç girovu azad edəcəyini bəyan etmişdi.
Oxşar xəbərlər
"İslami Cihad" azad ediləcək iki girovu qaytarıb
Al Arabiya: HƏMAS Beynəlxalq Qızıl Xaç Komitəsinə üç girov qadını təhvil verib
HƏMAS yanvarın 19-da üç israilli girovu azad edəcək
Qətər XİN: HƏMAS israilli girov Arbel Yehudu yanvarın 31-dək azad edəcək
“HƏMAS” silahlıları israilli girovu öldürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













