KİV: Konqo DR-də hərbi qüvvələrlə üsyançılar arasında döyüşlərdə 17 nəfər həlak olub, yüzlərlə insan yaralanıb
Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən Qoma şəhərində Konqo ordusu ilə “23 Mart Hərəkatı” (M23) üsyançı qrupu arasında ötən gecə başlanan döyüşlərdə azı 17 nəfər həlak olub, 367 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” şəhər xəstəxanalarından əldə etdiyi məlumatlara istinadən bildirib.
“Cərrahlar yaralıların böyük axını ilə mübarizə aparmaq üçün gecə-gündüz işləyirlər, çünki döyüş əməliyyatları davam edir”, – agentliyin həmsöhbəti açıqlayıb.
Qoma həkimləri şəhər sakinlərini yaralıların xilas edilməsi üçün qan verməyə çağırırlar. Ölənlərin və yaralıların sayı barədə rəsmi məlumat yoxdur.
Qeyd edək ki, Qoma şəhəri 2 milyon əhalisi olan Şimali Kivu əyalətinin inzibati mərkəzidir.
Oxşar xəbərlər
Konqoda baş verən döyüşlərdə 17 nəfər həlak olub, 350-dən çox yaralı var
Konqo DR-nin şərqində 78 nəfər gəmi qəzasında həlak olub
KDR-in şərqində M23 üsyançıları Masisi şəhərini ələ keçiriblər
Konqoda şiddətli döyüşlər gedir, sülhməramlılar ölüb
Konqo Demokratik Respublikasının şərqində üsyançılar Kambele şəhərini ələ keçiriblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin







