Konqoda şiddətli döyüşlər gedir, sülhməramlılar ölüb
Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Şimali Kivu əyalətində bazar günü hökumət qüvvələri ilə 23 Mart Hərəkatı (M23) qruplaşmasının üsyançıları arasında şiddətli döyüşlər davam edib.
“Report” xəbər verir ki, bu barədə Konqonun “Okapi” radiostansiyası məlumat yayıb.
Qərbdə Konqo ordusu üsyançıları Qomadan 27 km məsafədə yerləşən strateji əhəmiyyətli Sake şəhərindən sıxışdırıb çıxarmağa çalışır. Üsyançılar tərəfindən ələ keçirilən şəhərə hücumun yaxın saatlarda başlayacağı gözlənilir. BMT-nin ölkəyə yardım missiyasının da istifadə etdiyi Qoma hava limanı iflic olub.
Bu arada BMT-nin Konqo Demokratik Respublikasındakı missiyasının 13 sülhməramlısı döyüşlərdə həlak olub, on biri isə yaralanıb. BMT-nin Baş katibi Antonio Quterreş Konqonun şərqində zorakılığın artmasından dərin narahat olduğunu və Ruanda tərəfindən dəstəklənən M23 qrupunun hücumunu pislədiyini söyləyib.
Böyük Britaniyanın xarici işlər naziri David Lemmi Ruanda prezidenti Pol Kaqame ilə telefon danışığında Ruanda ilə Konqo Demokratik Respublikası arasındakı sərhəddə gərginliyin azaldılmasına nail olunmasının zəruriliyindən danışıb.
“Qomadan mülki əhalinin kütləvi şəkildə köçürülməsi, itkilər və BMT sülhməramlılarının ölümü ilə nəticələnən hücumlardan dərin narahatlıq keçiririk. Mən Pol Kaqame ilə danışdım, Ruanda və KDR-in danışıqlar masasına qayıtmasının təcili ehtiyacını vurğulayaraq gərginliyi azaltmağa çağırdım”, - deyə, nazir bildirib.
Oxşar xəbərlər
Konqo Demokratik Respublikasının şərqində üsyançılar Kambele şəhərini ələ keçiriblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konqo DR-in şərqində yaraqlılar 15 mülki şəxsi öldürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konqonun şərqində üsyançılarla döyüşlərdə 10-dan çox sülhməramlı və əsgər həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
KDR-in şərqində M23 üsyançıları Masisi şəhərini ələ keçiriblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konqo DR-nin şərqində 78 nəfər gəmi qəzasında həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












