sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Konqoda baş verən döyüşlərdə 17 nəfər həlak olub, 350-dən çox yaralı var
Konqo Demokratik Respublikasının Qoma şəhərində Konqo ordusu ilə 23 Mart Hərəkatı (M23) qruplaşmasının üsyançıları arasında dünən gecədən başlayan döyüşlər nəticəsində azı 17 nəfər ölüb, 367 nəfər yaralanıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb.
“Döyüşlər davam etdiyindən xəstəxanada cərrahlar böyük yaralı axınının öhdəsindən gəlmək üçün gecə-gündüz işləyirlər”, - agentliyin mənbəsi qeyd edib.
Qoma həkimləri şəhər sakinlərini yaralıları xilas etmək üçün qan verməyə çağırıb.
Ölən və yaralananların sayı barədə rəsmi məlumat yoxdur.
Oxşar xəbərlər
Konqo Demokratik Respublikası və Ruanda Liderləri Böhran Sammitində iştirak edəcəklər
Konqo DR-nin şərqində 78 nəfər gəmi qəzasında həlak olub
Konqoda bərə aşıb, 38 nəfər ölüb, 100 nəfər itkin düşüb
Konqoda şiddətli döyüşlər gedir, sülhməramlılar ölüb
Bu ilin 9 ayında yol qəzalarında 520 nəfər həlak olub, 914 nəfər xəsarət alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin







