Kolumbiya Prezidenti terrordan sonra üsyançıların mövqelərinin bombardmanına icazə verib
Kolumbiya lideri Qustavo Petro Kauk departamentində pilotsuz uçuş aparatları ilə törədilən terror aktından sonra silahlıların mövqelərinin bombalanmasına icazə verib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Qustavo Petro “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
O, qeyd edib ki, yaraqlılar mülki insanları bombalamaqla onların bölmələrinin bombalanmasına məcbur edir. “Mən sizə mesaj göndərirəm: tamahkarlığı məğlub edin və Kolumbiya xalqı naminə sülhə gəlin", - paylaşımda qeyd edilir.
Şənbə günü səhər tezdən Kolumbiya Müdafiə Nazirliyi El Plateado kəndini orada məskunlaşmış “Mərkəzi Baş Qərargah” (latınca EMC-red) qrupunun bölmələrindən təmizləmək üçün “Persey” əməliyyatına başlayıb. Səkkiz min əhalinin olduğu kəndə 1 400 hərbçidən ibarət qrup, zirehli texnika gəlib.
Oxşar xəbərlər
Kolumbiya İsrailə kömür tədarükünü dayandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kolumbiya İsrailə kömür tədarükünü dayandırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kolumbiya prezidenti korridanı qadağan edən qanun layihəsini imzalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kolumbiya Qəzzaya görə İsrailə kömür tədarükünü dayandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kolumbiya Prezidentinə sui-qəsdin qarşısı alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













