Ukraynaya hərbi istehsalı genişləndirmək üçün 15-20 milyard dollar lazımdır
sizinxeber.az xəbər saytı

Ukraynaya hərbi istehsalı genişləndirmək üçün 15-20 milyard dollar lazımdır


Ukraynaya hərbi istehsalını genişləndirmək üçün 20 milyard dollara qədər maliyyə lazımdır.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ukraynanın strateji sənaye sahələri naziri Qerman Smetanin Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Bloomberg” agentliyinə müsahibəsində bildirib.

“Bir çox aspektdən maliyyədən daha çox imkanlarımız var. İstehsalı artırmaq üçün 15-20 milyard dollar tapmalıyıq”, - o deyib.

Nazir Ukraynanın silah, o cümlədən uzaqmənzilli raketlər və pilotsuz uçuş aparatları istehsalını artırmaq niyyətində olduğunu vurğulayıb.

Smetanin onu da qeyd edib ki, xarici yardımdan çox asılı olan Ukrayna iqtisadiyyatı hərbi istehsal ehtiyaclarının yalnız yarısını maliyyələşdirə bilir.

Oxşar xəbərlər

Ukrayna PUA vurmaq üçün raketlər istehsal edəcək
ABŞ silah-sursat istehsalını genişləndirmək üçün 5,3 milyard dollar xərcləyib
ABŞ Ukraynaya 1 milyard dollara yaxın hərbi yardım ayırıb
ABŞ son iki ildə Ukraynaya 62 milyard dollarlıq hərbi dəstək göstərib
Norveç Ukraynaya 118,4 milyon dollarlıq yardım ayırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər