Ukrayna PUA vurmaq üçün raketlər istehsal edəcək
sizinxeber.az xəbər saytı

Ukrayna PUA vurmaq üçün raketlər istehsal edəcək


Ukrayna Belçikanın “Thales” şirkəti ilə hava hücumundan müdafiə sistemləri üçün raketlərin birgə istehsalına dair memorandum imzalayıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ukraynanın strateji sənaye naziri German Smetanin özünün teleqram kanalında bildirib.

“Thales Belgium” Ukrayna müdafiə şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb. Bu saziş düşmən PUA-larına qarşı birgə raketlərin istehsalını nəzərdə tutur”, - nazir deyib.

Bundan əlavə, Smetanin əlavə edib ki, gələcəkdə bu əməkdaşlığın belə raketlər üçün texnologiya və komponentlərin ötürülməsinə qədər genişlənəcəyi gözlənilir.

“Bu əməkdaşlıq Ukraynanın hərbi-sənaye kompleksini və kritik infrastrukturun düşmən PUA-larından qorunmasını gücləndirəcək”, - Smetanin qeyd edib.

Oxşar xəbərlər

Rusiya Ukrayna ərazisinə raket zərbələri endirib
ABŞ Ukrayna ilə korrupsiyaya qarşı mübarizəni müzakirə edib
Politico: ABŞ və Avropa Ukrayna ilə bağlı strategiyasını dəyişir
Ukrayna Rusiyanın bütün hücumlarını dəf edə bilməyəcək
Ukrayna və Fransa infrastrukturun bərpası üçün qrant sazişi imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər