Britaniya Ukraynaya sülhməramlı göndərməklə yanaşı, bu ölkədə hərbi baza yerləşdirə bilər
Böyük Britaniya Ukraynaya sülhməramlıların göndərilməsində öz rolunu oynamağa hazırdır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer Kiyevə səfəri zamanı Sky News telekanalına müsahibəsində bildirib.
“Mən bunu bir sıra müttəfiqlərlə, həmçinin Prezidenti Emmanuel Makronla müzakirə etmişəm, biz öz rolumuzu tam yerinə yetirəcəyik. Biz öhdəmizə düşəni tam şəkildə edəcəyik. Çünki məsələ təkcə Ukraynanın suverenliyindən getmir”, - o bildirib.
Digər tərəfdən Böyük Britaniya və Ukrayna arasında yüzillik tərəfdaşlığa dair bəyannamədə deyilir ki, rəmsi London Ukraynada hərbi bazaların və müdafiə infrastrukturunun yerləşdirilməsi imkanlarını nəzərdən keçirəcək.
Bəyannamənin iştirakçıları Ukraynada müdafiə infrastrukturunun, o cümlədən hərbi bazaların, logistika və ehtiyat hərbi texnika üçün anbarların, hərbi ehtiyatlarının yerləşdirilməsi və saxlanması variantlarını araşdıracaqlar. Belə ki, bu qurğular mühüm hərbi təhlükə yarandıqda öz müdafiə qabiliyyətini gücləndirmək üçün istifadə oluna bilər.
Oxşar xəbərlər
Britaniya Baş naziri və NATO-nun Baş katibi Ukraynadakı vəziyyəti müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Böyük Britaniya Ukraynaya yeni hava hücumundan müdafiə sistemləri verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Britaniya 10 ildə müdafiə xərclərini 14 % artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya Ukraynaya sülhməramlıları göndərməyə hazır olduğunu açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
London Trampın andiçmə mərasimindən sonra Vaşinqtonu Kiyevə silah tədarükünə razı salmaq istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













