Livan Prezidenti yeni hökumətin formalaşdırılmasını Nəvaf Salama tapşırıb
sizinxeber.az xəbər saytı

Livan Prezidenti yeni hökumətin formalaşdırılmasını Nəvaf Salama tapşırıb


Beynəlxalq Ədalət Məhkəməsinin sədri Nəvaf Salam Livanın Baş naziri təyin edilib və ölkənin yeni hökumətini formalaşdıracaq.

“Report” xəbər verir ki, bu barədə Livan Prezidentinin Aparatının bəyanatında deyilir.

“Prezident Cozef Aun parlament fraksiyaları ilə məsləhətləşmələrdən sonra Nəvaf Salama Livanın yeni hökumətini qurmağı tapşırıb”, - fərmanda qeyd olunub.

Daha əvvəl Salam 128 deputatdan 85-nin dəstəyini qazanıb, parlamentin yalnız 9 üzvü onun rəqibi, Baş nazir səlahiyyətlərini icra edən Nəcib Mikatiyə səs verib, qalanları isə hər hansı namizədi dəstəkləməkdən imtina edib.

Qeyd edək ki, 71 yaşlı diplomat və hüquqşünas Nəvaf Salam 2007-2017-ci illərdə Livanın BMT-dəki daimi nümayəndəsi olub. 2018-ci ildə o, Beynəlxalq Ədalət Məhkəməsinin üzvü seçilib, 2024-cü il fevralın 6-da isə BƏM-in sədri seçilib. Salam Beyrutun zadəgan ailəsinə mənsubdur, onun əmisi oğlu Tammam Salam 2014-2016-cı illərdə Livan hökumətinə rəhbərlik edib.

Oxşar xəbərlər

Livan prezidenti Navaf Salama yeni hökuməti formalaşdırılmağı tapşırıb
Nəvaf Salam Livanın Baş naziri olmaq üçün parlamentin səs çoxluğunu qazanıb
Nəvaf Salam Livanın Baş naziri üçün olmaq parlamentin səs çoxluğunu qazanıb
Bayden: ABŞ Livanın yeni prezidentini ölkənin bərpasında dəstəkləyəcək
Cozef Aun Livanın yeni Prezidenti seçilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər